...

Milli Məclis Azərbaycan və Belorus arasında 2015-ci ilə gədər sosial –iqtisadi əməkdaşlığı nəzərdə tutan müqaviləni təsdiq edib

Siyasət Materials 16 Fevral 2007 14:14 (UTC +04:00)

Milli məclisin fevralın 16-da keçirilən iclasında "Azərbaycan Respublikası və Belorus Respublikası arasında 2015-ci ilə gədər sosial -iqtisadi əməkdaşlıq haqqında" müqavilə təsdiq edilib. Trend in məlumatına görə, adı çəkilən müqavilənin şərtləri və mahiyəti haqqında deputatlara Milli məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli və beynəlxaq münasibətlər və parlamentlərarası daimi komissiyasının sədr müavini Göltəkin Hacıyeva məlumat veriblər. Onlar qeyd ediblər ki, bu müqavilə Azərbaycan ilə Belorus arasında sosial-iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək.

Sonra "Azərbaycan Respublikası höküməti və Belorus Respublikası höküməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" sazişdə müzakirə edilib və təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti