...

YAP Qubadlı rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 19 Fevral 2007 17:56 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının I konfransı keçirilib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən məlumat verilib.

Konfransda təşkilatın sədri Iahid Qurbanovun hesabat məruzəsi dinlənilib.

Hesabat məruzəsində rayon təşkilatının II konfransdan ötən dövr ərzində gördüyü işlər, qazandığı uğurlar, üzləşmiş olduğu problemlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Konfransın işində iştirak edən YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında baş vermiş yeniliklər, eyni zamanda partiyanın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş nitq söyləyib. Azərbaycan prezidenti İlham Əliyevin layiqincə davam etdirdiyi uğurlu xarici və daxili siyasət sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini nəzərə çatdıran Əli Əhmədov həyata keçirilən islahatların uğurlu nəticələrində eyni zamanda hər bir YAP-çının məsuliyyəti olduğunu qeyd edib. Konfransda həmçinin təşkilati məsələlər müzakirə olunub. Haqverdiyev Allahverdi Sərxan oğlu açıq səsvermə yolu ilə YAP-ın Qubadlı rayon təşkilatının sədri seçilib.

Konfrans nümayəndələri eyni zamanda rayon təşiklatının 25 nəfərdən ibarət şurasını, 15 nəfər tərkibdə idarə heyətini və 5 nəfərlik nəzarət-təftiş qrupunu seçiblər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti