...

Xocalı soyqırımının 15-ci ildönümü Orta Asiya ölkələrində də qeyd olunacaq

Siyasət Materials 22 Fevral 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan icması Türk diasporu ilə birlikdə Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı tədbir keçirməyi nəzərdə tutub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qırğızıstandakı digər xalqların nümayəndələrinin və dövlət rəsmilərinin iştirak edəcəyi tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdiriləcək, həmçinin beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq. Xocalı soyqırımının qurbanları Qazaxıstan, Özbəkistan və Tacikistanda da anılacaq

Xəbər lenti

Xəbər lenti