...

Neft - qaz sənayesi həmkarlar ittifaqının başçısı : Bom Shelf şirkətindəki tətilin heç bir əsası yoxdur

Siyasət Materials 22 Fevral 2007 17:39 (UTC +04:00)
Neft  -  qaz     sənayesi     həmkarlar     ittifaqının     başçısı  :   Bom     Shelf     şirkətindəki     tətilin     heç     bir     əsası     yoxdur

Azərbaycan, Bakı / Trend , müx. S.Babayeva / Bos Shelf şirkətinin bir sıra işçilərinin bugünkü tətilinin heç bir əsası yoxdur. Bu barədə cümə axşamı Azərbaycanın neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev bildirib.

Onun sözlərinə görə, şirkətin keçmiş əməkdaşlarının narazılığının səbəbi bu olub ki, komitə, ABƏŞ və ARDNŞ arasındakı razılaşmaya əsasən, müqavilənin müddəti bitəndən sonra onlara 3 aylıq müavinətlər ödənilməyib.

Yalnız inşaatçı işçilərə aid olan sənəd imzalandıqdan sonra müavinətlərin verilməsi üçün əməkdaşların kateqoriyalarının genişləndirilməsi imkanı nəzərdən keçirilib.

"Onlar istənilən halda bir gün gec və ya tez olmaqla onlara veriləcək müavinətləri tələb edirdilər. Məncə, onlar yalnız vəziyyəti ağırlaşdırdılar. Əgər işdən azad olunduqdan sonra digər kateqoriyaların işçiləri müavinətin ödənilməsi tələbi ilə bizə müraciət etsələr, bu, artıq mümkün olmayacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti