...

ABŞ HDQ ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək göstərməyə hazırdır

Siyasət Materials 23 Fevral 2007 12:50 (UTC +04:00)
ABŞ     HDQ     ərazilərin     minalardan     təmizlənməsində     Azərbaycana     kömək     göstərməyə     hazırdır

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək göstərməyə hazırdır. Bu barədə Trend ə Bakıya səfəri çərçivəsində ABŞ HDQ generalı Bill Devis bildirib. Onun sözlərinə görə, bu gün HDQ-nin köməyi xüsusi ağır hallarda minalardan təmizləmə aparılması üzrə treninqlərin təşkil edilməsində, kadrların hazırlanması və s. məsələlərdə ola bilər. Minalarla bağlı maarifləndirmə işinə xüsusi diqqət ayrılması planlaşdırılır.

Bu problem Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyin ( ANAMA ) direktoru Nazim İsmayılovla görüşdə də müzakirə edilib. Onun sözlərinə

görə, bu gün Azərbaycanda minalarla doğru davranmağı bilməmələri səbəbindən 190 şəxs zərər çəkib, onlardan təxminən 40 nəfəri həlak olub.

Xatırladaq ki, ABŞ HDQ nümayəndə heyəti fevralın 21-dən Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti ANAMA -nın Xanlar rayonundakı bazasında olub.

Xəbər lenti

Xəbər lenti