...

Deputat Zahid Oruc: "Milli Məclisin qapalı iclasında Müdafiə Nazirliyi ilə bağlı məsələ müzakirə olunmalıdır"

Siyasət Materials 23 Fevral 2007 13:39 (UTC +04:00)
Deputat Zahid Oruc: "Milli Məclisin qapalı iclasında Müdafiə Nazirliyi ilə bağlı məsələ müzakirə   olunmalıdır"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin qapalı iclasında Müdafiə Nazirliyi ilə bağlı məsələ müzakirə olunmalıdır. Bu barədə Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri komissiyasının üzvü Zahid Oruc bildirib. Onun fikrincə, Müdafiə Nazirliyinin azərbaycanlı zabit Ramil Səfərova münasibəti ümumilikdə nazirliyin Azərbaycan əsgərinə münasibətinin göstəricisidir.

"Mən hesab edirəm ki, müdafiə naziri Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin Ramil Səfərovun müdafiəsi üçün görəcəyi iş başqa formada olmalı idi. Müdafiə Nazirliyi azərbaycanlı zabitin müdafiəsi üçün üzərinə düşən işi yerinə yetirməyib", -deyə millət vəkili bildirib.

Xatırladaq ki, fevralın 21-də Macarıstanın Apellyasiya Məhkəməsi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərovun ömürlük həbs cəzasınına məhkum olunması haqqında hökmü qüvvədə saxlayıb. R.Səfərov Ermənistan ordusunun zabiti Qurgen Markaryanı öldürməkdə günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti