...

Oqtay Əsədov Moldovanın baş nazirini qəbul edib

Siyasət Materials 23 Fevral 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycan və Moldova arasında siyasi, iqtisadi və həyatın digər sahələrində uğurla davam etdirilən əməkdaşlıq parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf etməkdədir. Fevralın 23-də Moldovanın baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov belə deyib.

O.Əsədov Azərbaycanın Moldova ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimizarası münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir.

Milli Məclisdə Moldova parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Söhbətdə Moldovaya səfərini xatırlayan spiker nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi baxımından çox önəmlidir.

Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını vurğulayıb. Qeyd edib ki, dövlət başçıları arasındakı səmimi münasibət ölkələrimizarası əlaqələrə də sirayət edib. Bu gün Moldova və Azərbaycan arasındakı əməkdaşlıq həyatın müxtəlif sahələrində uğurla inkişaf etməkdədir. Qeyd edilib ki, Moldovada təqdirəlayiq fəaliyyət göstərən Azərbaycan diasporu xalqlararası münasibətlərə öz layiqli töhfəsini verməkdədir.

Söhbətdə Moldova-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti