...

Azərbaycan prezidenti yeni su kəmərinin təməl qoyma mərasimində iştirak edib

Siyasət Materials 1 Mart 2007 16:27 (UTC +04:00)

Azərbaycan,Oğuz/müxbir Trend A.İsmayılova/Azərbaycan prezidenti İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin təməl qoyulması mərasimində iştirak edib. Layihənin sifarişçisi Azersu ASC çıxış edir. Layihənin dəyəri 142 milyon dollardır.

İlham Əliyev çıxışında Azərbaycanın bu layihəni çoxdandır ki, planlaşdırdığını, lakin maliyyə çətinliklərindən layihənin həyata keçirilməsinin mümkün olmadığını qeyd edib. Prezident vurğulayıb ki, bu gün Bakı əhalisinin 40%-i suyu fasilərlə alır.

Tikintidə istifadə olunacaq borular Azərbaycanda istehsal olunacaq, bu da daxili istehsalatı gücləndirəcək. Prezident həmçinin qeyd edib ki, Azərbaycan infrastrukturlarla əlaqədar olan layihələrə böyük vəsaitlər ayırır. "Azərbaycan sürətli iqtisadi inkişaf templəri olan dövlətə çevrilib. Azərbaycan infrastrukturların, sosial inkişafın yaradılması, yeni iş yerlərinin açılmasını, sahibkarlığa və turizmin inkişafına dəstək verməyi planlaşdırıb, bu da Azərbaycanda qeyri-neft sektorunun inkişafına imkan verəcək, deyə prezident bildirib.

Qeyd edək ki. Azersu ASC Turan Hazinedaroglu/Tekser Inshaat Sanayi/Gence Korpu Tikinti 2 alyansı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin layihələndirilməsi və tikintisi barədə müqavilə imzalayıb. 2006-cı ildə layihənin ümumi dəyəri 480 milyon manat məbləğində qiymətləndirilib. ADNŞ büdcəsindən 2007-ci ildə layihəyə 183,62 milyon manat ayıracaq. Tikinti işlərinin dəyəri 142,1 milyon dollar məbləğində qiymətləndirilir, tikintinin yerinə yetirilmə müddəti 14 aydır.

2006-cı ildə layihənin həyata keçirilməsinə 82,7 milyon manat sərf olunub, həmçinin texniki-iqtisadi təminat və CES Consulting Engineers şirkətinə ilkin sənədlərin layihələndirilməsinə 2,4 milyon manat və 2006-cı ilin dekabrında Azkompozit şirkətinə 82,3 milyon manat sərf olunub.

Bu zanoda yeraltı su ehtiyatlarının istifadəsi saniyədə 15 kub metrdən çox təşkil edir. Suyun keyfiyyəti yüksəkdir və dünya standartlarına uyğundur. Su kəmərinin marşrutu Oğuz-Qəbələ su anbarından Çarxana-Göyçay-Ağsu-Udullu ərazisi ilə keçəcək. Onun ümumi uzunluğu 260 kilometrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti