...

BRİ Demokratik İslahatlar Partiyasının əməkdaşlarına sertifikat təqdim edib

Siyasət Materials 5 Mart 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Demokratik İslahatlar Partiyasının Sədr Aparatının əməkdaşları üçün "Liderlik, Nüfuz və Təşkilati Quruculuğa Giriş" mövzusunda treninq kursu təşkil edib. Bu barədə partiyadan məlumat verilib.

Sədr Aparatının treninqdə iştirak edən 10 əməkdaşı sözügedən mövzuda təlim testlərindən yüksək bal toplayaraq kursu uğurla başa çatdırıblar. Beynəlxalq Respublikaçılar İnstitutu təlim iştirakçılarının hamısına "Kursu Uğurla Bitirmək Haqqında Sertifikat" təqdim edib. Təqdimat zamanı Demokratik İslahatlar Partiyasının təlimlərdə uğurlu iştirakından məmnun olduğunu bildirən VRİ-nin proqram direktoru Dallas Frohrib partiya ilə bu yöndə birgə layihələri davam etdirməkdə maraqlı olduqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti