...

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə diasporları vahid orqan kimi fəaliyyət göstərəcək

Siyasət Materials 9 Mart 2007 15:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə diasporları vahid orqan kimi fəaliyyət göstərəcək

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bu gündən etibarən Azərbaycan və Türkiyə diasporları fəaliyyətlərini məlumatlandırmaqla koordinasiya edəcək və vahid orqan kimi fəaliyyət göstərəcək. Bu barədə martın 9-da Bakıda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə diasporlarının I Forumunda bəyan edib.

Dövlət başçısının sözlərinə görə, hazırda dünyada Azərbaycan diasporunun formalaşdırılması prosesi gedir. İlham Əliyevin fikrincə, həm Azərbaycan, həm Türkiyəyə özünün siyasi, iqtisadi və hərbi potensilanı gücləndirmək lazımdır və yalnız bu yolla haqq-ədalətə nail ola bilərlər.

Azərbaycan və Türkiyə diasporlarını narahat edən məsələlər arasında prezident təşkilatlanmış və maliyyə dəstəyi olan erməni lobbisini, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsini, uydurma "erməni soyqırımı"nı qeyd edib. "Azərbaycan və Türkiyə diasporları buna qarşı birgə mübarizə aparmalıdır", - deyə o əlavə edib. Bundan başqa, dövlət başçısı qeyd edib ki, əgər Ermənistan Azərbaycan ərazilərini azad etməsə, Ermənistanın öz taleyi sual altında olacaq.

Azərbaycan tərəfindən həyata keçirilən regional layihələrin reallaşdırılmasına toxunan İlham Əliyev deyib ki, bütün layihələr Türkiyə ərazisindən keçir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi üzrə sonuncu layihə Azərbaycan və Türkiyəni Orta Asiya, həmçinin Orta Asiyanı Avropa ilə birləşdirəcək. Dövlət başçısı xaricdə azərbaycanlıların assimilyasiyası problemini qeyd edib və əlaqələrin qurulması üçün işlərin aparılmasının vacibliyini vurğulayıb.

Forumda Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan, Şimali Kiprin türk icmasının lideri Məhmət Əli Tələt, bir sıra dövlətlərin rəsmi nümayəndələri iştirak edir.

Forumda "Bir millət - İki dövlət" filmi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti