Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Siruz Təbrizli də sabiq səhiyyə naziri Əli İnsanovun tayıdır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, sabiq deputat Sirus Təbrizlinin fikirlərinə münasibət bildirən YAP-cı deputat Musa Quliyev belə deyib.
M.Quliyev deyib ki, Əli İnsanov hazırda həbsdədir və özünü müdafiə etmək üçün müxtəlif üsullardan istifadə edə, fərziyyələr irəli sürə bilər: "Mən Əli İnsanovun mövqeyinə o zaman hörmət edərdim ki, nazir olanda vəzifəsindən istefa verib, müxalifətə keçəydi", -deyə Musa Quliyev əlavə edib.
YAP sədrinin müavini olan S.Təbrizli martın 15-də hazırda məhkəməsi gedən sabiq səhiyyə naziri Əli İnsanovu müdafiə edib.
Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.