...

Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalayıb

Siyasət Materials 19 Mart 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev bu gün miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılması haqqında fərman imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir. Eyni zamanda xidmətin əsasnaməsi təsdiq edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, xidmətin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb bir ay ərzində Azərbaycan prezidentinə təqdim etsin.

Xəbər lenti

Xəbər lenti