...

Prezident İlham Əliyev:Azərbaycan fəal olaraq dünya ictimaiyyətinə inteqrasiya edir

Siyasət Materials 20 Mart 2007 12:29 (UTC +04:00)
Prezident İlham Əliyev:Azərbaycan fəal olaraq dünya ictimaiyyətinə inteqrasiya edir

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova /Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən bayram mərasimində iştirak edib. Dövlət başçısı bildirib ki, bu bayram Azərbaycan xalqının milli və mənəvi dəyərlərinin inkişafında vacib rol oynayır. "Bu ənənələr neçə illərdir ki mövcuddur və Azərbaycan xalqı bu günə qədər bu adət-ənənələri qoruyub saxlayır", deyə prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycan ölkənin iqtisadi sahələrini uğurla inkişaf etdirir.

"Biz iqtisadi potensialımızı qoruyub saxlamalıyıq. Ölkənin inkişafı həyatın bütün sahələrində hiss olunur. Yoxsulluq səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Biz doğru istiqamətdə çalışırıq", deyə dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycan dünya ictimaiyyətinə fəal olaraq inteqrasiya edir, ölkədə demokratik cəmiyyət qurulur.

"Azərbaycan regional layihələrdə iştirak edir və ölkənin imkanları artmaqdadır. Bu gün biz bütün problemləri həll etməyə qadirik. Biz Azərbaycanın milli maraqlarına yönələn müstəqil siyasət yürüdürük", deyə İ.Əliyev bildirib.

Dağlıq Qarabağ münaqişəsnin həlli məsələsi ilə bağlı prezident bildirib ki, hazırda Ermənistan yalnız vaxt uzadır. "Onlar bilməlidirlər ki, vaxt bizə işləyir", deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti