...

Çin Kommunist Partiyasının nümayəndələri Azərbaycanın hakim partiyasında olublar

Siyasət Materials 27 Mart 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda səfərdə olan Çinin hakim Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr departamentinin rəis müavini Ma Venpunun rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə görüşüb.

YAP-ın dəvəti ilə ölkəmizə səfərə gələn Çin nümayəndə heyətininin üzvləri öncə Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Görüşdə YAP icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavini, deputat Mübariz Qurbanlı, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və digərləri iştirak ediblər.

Əli Əhmədov bildirib ki, qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərir. O qeyd edib ki, Çin Kommunist Partiyası ilə YAP arasında yaxşı əlaqələr var. Eyni zamanda bu əlaqələrin daha da genişləndirilməsi perespektivləri mövcuddur.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi xarici əlaqələr departamentinin rəis müavini Ma Venpu isə qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında diplomatik əlaqələr yüksək səviyyədədir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 15 ili tamam olur: "Çin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır."

M.Vepun deyib ki, Çin Kommunist Partiyası ilə YAP arasında bir neçə ildir ki, yaxşı əməkdaşlıq əlaqələri qurulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti