...

"Azadlıq" blokunun növbəti yığıncağı keçirilib

Siyasət Materials 28 Mart 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku hakim partiyanın daxilində yaranan narazılıqların davam edəcəyini, bu prosesə hakimiyyət daxilində başqa şəxslərin də qoşulacağını düşünür. Bu fikir müxalifətçi "Azadlıq" bloku Məclisinin martın 28-də keçirilən sessiyasında səsləndirilib.

Blokun həmsədri Əli Kərimli, funksioneri Əvəz Temirxan və başqaları çıxışlarında Sirus Təbrizlinin, Əli Əlirzayevin təmsil olunduqları YAP-ı tənqid etmələrinə toxunublar. "Azadlıq" blokunun rəhbərləri qeyd ediblər ki, hakim partiyanın daxilində narazılıqlar baş qaldırır, artıq hakimiyyətdəki bəzi insanlar baş verən haqsızlıqlara dözməyib danışır, tənqid edirlər.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə müxalifətin bu mövqeyinə münasibətini bildirərkən deyib ki, hakim partiyanın daxilində heç bir narazılıq yoxdur: "Hər kəsin öz fikrini bildirməsi heç də YAP-ın daxilində hansısa proseslərin getməsi demək deyil".

Xəbər lenti

Xəbər lenti