...

ALP-nin sədr əvəzii: "Nüvəsində "Azadlıq" blokunun dayandığı yeni mərkəz yaradılmalıdır"

Siyasət Materials 28 Mart 2007 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyaları arasında danışıqlar aparılmalı, təsis ediləcək yeni blokda prinsipial siyasi təşkilatlar təmsil olunmalıdır. Bu fikirləri "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan bildirib.

O, Klassik Xalq Cəbhəsi Partiyasının müxalifətin vahid güc mərkəzinin yaradılması barədə ALP-yə də müraciət etdiyini deyib. Temirxan qeyd edib ki, hər gün yeni ideyalar oraya atmağa ehtiyac yoxdur: "Ölkənin siyasi arenasında yeni vəziyyət yarananda, yeni mandat həvəsi sınağından keçəndə əsl müxalifətin kimlərdən ibarət olması üzə çıxır. Əsl müxalifətin siması 2005-ci ilin 26 noyabrında məlum oldu".

Ə.Temirxanın sözlərinə görə, özünü müxalifət adlandıran bütün partiyalarla əməkdaşlıq mümkün deyil: "Hesab edirik ki, "Azadlıq" blokunun müxalifətin lideri olması qəbul edilməli və nüvəsində bu blokun dayandığı yeni mərkəz formalaşdırılmalıdır".

Müxalifətçi ALP-nin yaradıcısı və lideri keçmiş dövlət katibi Lalə Şövkətdir. L.Şövkət 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti