Komissiya sədri: "İcra hakimiyyəti orqanlarının parlamentdə hesabat verməsinə ehtiyac yoxdur"
Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İcra hakimiyyəti orqanlarının parlamentdə hesabat verməsinə ehtiyac yoxdur. Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib ki, Konstitusiyada düzəliş edilməyənə qədər bu məsələ həllini tapa bilməyəcək: "Nazirlər Kabineti hökumətin adından hesabat verir. Bu hesabatda respublika üzrə hökumət tərəfindən görülən işlər barədə məlumat əksini tapır. İcra hakimiyyəti orqanlarının parlamentdə hesabat verməsi Konstitusiyada nəzərdə tutulmayıb. Ona görə, onların Milli Məclisdə hesabat vermələrinə ehtiyac görmürəm".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq