...

Qafqaz müsəlmanlarının lideri islam dövlətlərini Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli olmağa çağırıb

Siyasət Materials 29 Mart 2007 15:46 (UTC +04:00)
Qafqaz müsəlmanlarının lideri islam dövlətlərini Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli olmağa çağırıb

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə islam dövlətlərini Ermənistanın təcavüzkar siyasətinə qarşı daha qətiyyətli mövqedən çxış etməyə çağırıb. Bu çağırışla Qafqaz müsəlmanlarının dini lideri "İslam dünyasının problemləri və qloballaşma şəraitində onların həlli" mövzusunda Misirdə keçirilən beynəlxalq konfransda çıxış edib. Bu barədə Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov məlumat verib.

Səfirin sözlərinə görə, ölkə prezidenti Hüsnü Mübarəkin himayəsi ilə keçirilən tədbirdə şeyxülislam çıışında iştirakçılarla islam dünyasında mövcud olan problemlərə baxışını bölüşüb, xüsusi olaraq problemlərin, həmçinin Qarabağ probleminin həllində islam dövlətlərinin birliyinin vacibliyini qeyd edib.

Konfransda iştirak çərçivəsində şeyxülislam tədbirin iştirakçı dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. QMİ sədrinin həmçinin dünən Misirin vaqflar naziri Əhməd Həmdi Zəkzukla görüşü keçirilib. Görüşlərdə qarşılıqlı münasibətlər və islam dünyası probelmlərinin həllinə dəstək məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti