...

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 29 Mart 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavat Partiyası aprelin 29-na planlaşdırdığı yürüş-mitinqə icazə verilməsi üçün martın 29-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Müsavat Partiyasından məlumat verilib.

Müsavat aprelin 29-da saat 16.00-dan 18.00-na kimi Bakı Metorpoliteninin "Həzi Aslanvov" metrostansiyası-"Ukrayna" dairəsi marşrutu üzrə yürüş-mitinq keçirmək istəyir.

Metronun "Həzi Aslanov" stansiyasından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə "Ukrayna" dairəsinə qədər yürüşün, Ukrayna dairəsində isə mitinqin keçirilməsi planlaşdırılır. Aksiyada enerji daşıyıcılarının qiymətlərinin və kommunal xərclərin artırılmasına etiraz bildiriləcək. Müsavat yanvarın 28-də, fevralın 28-də və martın 18-də eyni tələblərlə qeyd olunan maşurut üzrə yürüş-mitinq keçirib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti