...

Azərbaycan prezidenti 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciət edib

Siyasət Materials 29 Mart 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciət edib. Bu barədə Trend xəbər verir.

Müraciətdə ermənilərin son iki əsr ərzində xalqımıza qarşı törətdiyi ağır cinayətlərdən danışılır, dünya azərbaycanlıları və türklərinin bu cinayətləri dünyaya tanıtması üçün aparmalı olduğu mübarizə üsulları göstərilir. "31 Mart - Azərbaycanlıların soyqırımı günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik "böyük Ermənistan" dövləti yaratmaq idi".

Xəbər lenti

Xəbər lenti