...

Milli Məclis azərbaycanlıların soyqırımı məsələsini müzakirə edib

Siyasət Materials 30 Mart 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis azərbaycanlıların ermənilər tərəfindən məruz qaldıqları soyqırımla bağlı film çəkir. Bu barədə parlamentin martın 30-da keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deputat Cəmil Həsənlinin soyqırım qurbanlarının xatirəsinin abədiləşdirilməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.

C.Həsənli bildirib ki, 1998-ci ildə prezident Heydər Əliyev soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunub ki, soyqırım qurbanlarının xattirəsini əbədiləşdirmək üçün abidə uçaldırılmalıdır: "Lakin, həmin sərəncamın imzalanmasından 9 il ötməsinə baxmayaraq, hələ də abidə ucadılmayıb. Hökümət parlamentdə hesabat verən zaman bildirdilər ki, ölkənin maliyyə imkanları günü-gündən artır. Bəs niyə prezident sərəncamı yerinə yetirilmir?".

Deputat onu da bildirib ki, həmin sərəncamda soyqırımla bağlı filmlərin çəkilməsi, tarixi sənədlərin xarici dillərə tərcümə edilərək müxtəlif ölkələrdə yayılması fikri əks olunub. Lakin bunların da heç biri indiyə gədər yerinə yetirilməyib.

O.Əsədov isə tarixçilərin yaxşı ssenarilər yazmamasından şikayətlənib və deyib ki, tarixçilər bu işi öz boynuna götürsə, yaxşı olar. "Abidə haqqında isə düşünəcəyik. Mən sizin qaldırdığınız məsələni qəbul edirəm".

Xəbər lenti

Xəbər lenti