...

GUAM dövlətləri BMT Baş Assambleyasından ərazi bütövlüyü prinsipinə tərəfdarlığını təsdiq etməyi tələb edir

Siyasət Materials 2 Aprel 2007 12:18 (UTC +04:00)
GUAM dövlətləri BMT Baş Assambleyasından ərazi bütövlüyü prinsipinə tərəfdarlığını təsdiq etməyi tələb edir

Azərbaycan,Bakı/müxbir Trend N.Kirtsxalia/İstənilən münaqişənin həllində əsas prinsip bu münaqişələrin olduğu dövlətlərin ərazi bütövlüyü prinsipi olmalıdır. GUAM-ın baş katibi, Gürcüstan XİN rəhbərinin birinci müavini Valeri Çeçelaşvilinin jurnalistlərə verdiyi məlumata əsasən, bu prinsip BMT-nin qətnaməsi səviyyəsində tanınmalıdır.

O bildirib ki, GUAM BMT-nin Baş Katibliyinə bu prinsipin əks olunduğu qətnamə layihəsinin baxılmasını təklif edir. "BMT Baş Assambleyası bu məsələni problem kimi yox, GUAM dövlətlərinin Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həlli ilə bağlı qətnamənin olduğu təkliflər layihəsi kimi nəzərdən keçirəcək. Qətnamənin əsas bəndi bu dövlətləri beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə dəstəkləməkdir", deyə Çeçelaşvili qeyd edib.

Baş katib vurğulayıb ki, münaqişənin həlli prosesinin iştiakçılarının son bəyanatları onların bu beynəlxalq səviyyədə tanınmış prinsipə sadiq olmalarına şübhə ilə yanaşmağa əsas verir. "Sözlərdə hər şeyin qaydasında olması görünür, lakin reallıqda bizdə hərdən münaqişənin həlli prosesinin bəzi iştirakçılarının bəyanatlarının səmimi olmasına şübhə yaranır", deyə Çeçelaşvili bildirib.

Bununla yanşı, GUAM baş katibi bu yaxınlarda RF XİN rəhbərinin stats-katibi Qriqori Karasinin "Boss" jurnalına Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli perspektivlərini özünəməxsus tərzdə qiymətləndirdiyi müsahibəsinə əsaslanaraq: "O, həmçinin Gürcüstanın ərazi bütövlüyü məsələsi üzrə Rusiyanın rəsmi mövqeyini birmənalı şəkildə müəyyən etmir. Biz istərdik ki, bununla bağlı sülh prosesinin bütün iştirakçıları tərəfindən daha aydan siqnallar eşidək. Həmçinin Rusiyadan da", deyə Çeçelaşvili qeyd edib.

Xəbər lenti

Xəbər lenti