...

Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barədə ittiham ədalətli deyil – Prezident Apartının şöbə müdiri

Siyasət Materials 3 Aprel 2007 15:04 (UTC +04:00)
Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barədə ittiham ədalətli deyil – Prezident Apartının şöbə müdiri

Azərbaycan. Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan hökuməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tamamilə və kifayət qədər yerinə yetirib. Bunu etməməkdə günahlandırmaq ədalətsizlikdir. Bunu çərşənbə axşamı Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsanov bəyan edib.

O qeyd edib ki, hər bir dövlətin siyasətində bu və ya digər mənfi faktlar olur. Amma buna Avropa Şurası qarşısında götürülmüş bu və ya digər öhdəliklərin yerinə yetirirlməməsi kimi baxmaq düz deyil, deyə Həsənov qeyd edib.

Onun sözlərinə görə, AŞ həmməruzəçilərinin Azərbaycandakı vəziyyətlə bağlı hazırladıqları məruzə Azərbaycan hakimiyyətini qane etmir. Qurumun növbəti iclasında Azərbaycan bu məruzə ilə bağlı mövqeyini bildirəcək. Avropa Şurasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı tələbinə toxunan Həsənov bu məsələnin aprel ayında Venesiya Komissiyasının ekspertləri ilə görüşdə müzakirə olunacağını bildirib.

Şöbə müdiri bildirib ki, müzakirələr Bakıda keçiriləcək. "Bu məsələdə bizim müəyyən fikir ayrılıqlarımız var",-deyə o bildirib. Azərbaycan tərəfinə əsas məsləhət hər hansı bir siyasi qüvvənin maraqlarından asılı olmayaraq demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsidir.

Həsənov həmçinin ATƏT tərəfindən sərbəst toplaşmaq üçün yer ayrılması məsələsinə də baxıldığını bildirib. "Biz həm paytaxtda, həm də regionlarda bu cür yerlər müəyyən etmişik və bunları seçim üçün təqdim edəcəyik",-deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti