...

Gürcüstanın yeni səfiri Azərbaycana gəlib

Siyasət Materials 3 Aprel 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Gürcüstanın Azərbaycandakı yeni səfiri Nikoloz Natbiladze artıq Bakıya gəlib və yaxın zamanlarda səlahiyyətlərinin icrasına başlayacaq. Bunu Gürcüstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Axbediani bildirib. Diplomat qeyd edib ki, yaxın zamanlarda yeni səfir öz etimadnamələrini dövlət başçısı və xarici işlər nazirinə təqdim edəcək.

Natbiladze Gürcüstanda xarici işlər nazirinin müavini vəzifəsini tuturdu. Azərbaycanda isə o, 10 il səfir vəzifəsində çalışmış Zurab Qumberidzeni əvəz edir.

Gürcüstanın keçmiş səfiri Azərbaycanda fəaliyyətini Gürcüstan Neft-qaz Korporasiyasının nümayəndəsi kimi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti