...

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri və iqtisadi siyasət komissiyalarının iclası keçirilib

Siyasət Materials 4 Aprel 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri və iqtisadi siyasət daimi komissiyalarının çərşənbə günü keçirilən birgə iclasında "Regional əməkdaşlıq üzrə ümumi baxış haqqında" Tbilisi Bəyannaməsinin təsdiq edilməsi barədə" məsələ müzakirə olunub. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə "Regional əməkdaşlıq üzrə ümumi baxış haqqında" Tbilisi Bəyannaməsinin təsdiq edilməsi barədə" məlumat verib. Komissiya sədri qeyd edib ki, müzakirə olunan sənəd Azərbaycanın iqtisadiyyatının, dövlət müstəqilliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Sənəddə regional əməkdaşlığın strateji istiqamətləri müəyyən olunub.

Sonra "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olunub. Qeyd olunub ki, siyasi baxımdan çox mühüm əhəmiyyət kəsb edən sənəd Azərbaycanı böyük nəqliyyat dəhlizinin mərkəzinə çevirəcək.

Hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması haqda qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti