...

Fransalı diplomat: İyula qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dəyişikliklər ola bilər

Siyasət Materials 5 Aprel 2007 17:10 (UTC +04:00)

Azərbacyan,Bakı/müxbir Trend A.İsmayılova/ATƏT Minsk qrupunun fransalı həmsədri Bernar Fasye cümə axşamı günü bəyan edib ki, iyula qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dəyişikliklər ola bilər. O, bunu "Dağlıq Qarabağ Respublikası" adlandırılan qondarma qurumda iyulun 19-na təyin olunmuş "prezident seçkilərinin" legitimliyi barədə sualı şərh edərkən söyləyib.

Fasye seçkiləri şərh etməyin vaxtından əvvəl olduğunu hesab edib və bunu iyula qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin apreldə keçiriləcək görüşü ilə izah edib. Onun fikrincə, iyula qədər hələ vaxt var və bu vaxta qədər münaqişənin həllində mövcud olan maneələr köhnələ bilər.

Fasye nazirlər Elmar Məmmədyarov və Vardan Oskanyanın bu ildəki üçüncü görüşünün yeri və tarixini dəqiqləşdirməyib. O, hazırda bir neçə variantın nəzərdən keçirildiyi barədə məlumat verib.

ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov da bu seçkiləri şərh etməyib və qeyd edib ki, seçkilərə qədər daha vacib məsələləri həll etmək lazımdır. O, həmçinin XİN rəhbərlərinin görüşünün təfərrüatlarını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti