...

Azərbaycanın iştirakı ilə Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsi yaradılıb

Siyasət Materials 9 Aprel 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Anadolunun gənc liderlərinin təşəbbüsü ilə İstanbulda Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsinin təsis konfransı keçirilib. Bu barədə Azərbaycan Demokratik İslahatlar Partiyasından məlumat verilib.

Konfransda 16-dan çox ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər. Tədbirdə demokratiya, gənc liderlərin qarşılıqlı əlaqələri, qlobal problemlər və iştirakçı ölkələrin lokal problemləri, beynəlxalq vəziyyət və bir sıra digər məsələlər müzakirə olunub. Azərbaycanı tədbirdə Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvləri Mərdan Əfəndiyev və Eldar Cahangirov təmsil ediblər.

Eldar Cahangirov tədbirdə "Demokratik hökumət və beynəlxalq əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin konfransın sədarətinə seçilib. Konfransda yeni təşkilatın strukturu və işçi qrupları yaradılıb. Mərdan Əfəndiyev təşkilatın İqtisadi Komitəsinin üzvü seçilib. Türkiyənin Güclü Türkiyə Partiyasının sədri Tuna Bekleviç Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsinin rəhbəri seçilib. Hindistan nümayəndələri isə Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsinin növbəti konfransını Dehlidə keçirmək istədiklərini bildiriblər. Tədbirin yekununda iştirakçılar "Taksim" meydanında mitinq keçiriblər.

Qeyd edək ki, Demokratik İslahatlar Partiyası Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsinin təsisçilərindən biridir.

DİP-in sədri Asim Mollazadə Azərbaycan parlamentinin deputatıdır.

Xəbər lenti

Xəbər lenti