...

Dövlət Sərhəd Xidmətinin rəisi: "Azərbaycan-İran sərhədində hər hansı gərginlik müşahidə edilmir"

Siyasət Materials 12 Aprel 2007 15:21 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi: "Azərbaycan-İran sərhədində hər hansı gərginlik müşahidə edilmir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bu gün Azərbaycan-İran sərhədində hər hansı bir texnikanın yığılması, xüsusi bir tədbirlərin keçirilməsi mövcud deyil və hansısa gərginlik müşahidə edilmir. Bu barədə cümə axşamı Bakıda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib.

"Hesab edirəm ki, bu cür məlumatların yayılması digər dövlətlərin xüsusi xidmət orqanlarının bu bölgədə vəziyyətin gərginləşdirilməsi üçün hazırladıqları planın tərkib hissəsidir. Ona görə də bu məlumatları həddindən artıq şişirdirlər ki, hansısa bir narahatçılıq yaratsınlar" - deyə cənab Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran sərhədində bütün gediş-gəliş əvvəllər möcud olan normal qaydada həyata keçirilir.

Quliyev qeyd edib ki, dövlət sərhədinin mühafizəsi normal qaydada həyata keçirilir: "Bu istiqamətdə bizi narahat edən ən ciddi məqamlardan biri qeyri-leqal miqrasiyaya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədir. Son dövrlər Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin bu sahədə həyata keçirdikləri tədbirlər dövlət sərhədinin mühafizəsinə müsbət nöqteyi-nəzərdən ciddi təsir göstərir. Bu əməliyyatlar davam etdiriləcək."

Xəbər lenti

Xəbər lenti