...

Azərbaycanın Gəncə şəhərində narkotik satıcıları tutulub

Siyasət Materials 12 Aprel 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsi Gəncədə üç narkotik satıcısını həbs edib. Bu barədə cümə axşamı şöbənin rəis müavini Rəfael İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Gəncə sakinləri Fərman Mirzəyev, Fəzail Əliyev və Elçin Həsənov bir qram heroin və 1,5 qram həşiş satarkən yaxalanıblar. Faktla bağlı cinayət işi açılıb və maddi sübutlar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.

Gəncə şəhəri paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti