...

RF prezidentinin məsləhətçisi: Azərbaycan Çeçenistana iqtisadiyyatın bərpasında kömək edə bilər

Siyasət Materials 12 Aprel 2007 18:25 (UTC +04:00)
RF prezidentinin məsləhətçisi: Azərbaycan Çeçenistana iqtisadiyyatın bərpasında kömək edə bilər

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Rusiya prezidentinin məsləhətçisi Aslanbəy Aslaxanov hesab edir ki, Azərbacyan Çeçenistana iqtisadiyyatın bərpa olunması üçün kömək edə bilər. "Azərbaycan Çeçenistan Respublikasına praktiki olaraq tamamilə dağıdılmış neft kompleksinin bərpası, aqrar məsələlərdə, yeni texnologiyalar, işçi qüvvəsi, ixtisaslaşdırılmış azərbaycanlı mütəxəssislərlə kömək edə bilər.

"Çeçenistanda iqtisadiyyatın praktiki olaraq bütün sahələrində, tikinti, aqrar sektor, dəmir yolu, neft hasilatı və digər sahələrdə mütəxəssislərin kəskin çatışmazlığı var. Biz, yüklərin ötürülməsi məsələsində əməkdaşlıq edə bilərik. Şübhəsiz ki, bütün yaxın regionlarla qarşılıqlı anlaşma yalnız bərpa olunmayacaq, həmçinin onlar daha da fəal inkişaf etdiriləcək və möhkəmləndiriləcək". Bu barədə Trend in xüsusi müxbirinin suallarını cavablandıran Rusiya prezidentinin məsləhətçisi Aslanbəy Aslaxanov Moskvadakı mətbuat konfransında bəyan edib.

Aslaxanov əlavə edib: "Təəssüf ki, biz Çeçenistan Respublikası və Azərbacyan arasında qarşılıqlı münasibətlər məsələsində öyünə bilmirik". O aydınlıq gətirib ki, Çeçenistanın RF-nin subyekti olduğunu unutmaq olmaz və Çeçenistan müstəqil olaraq müstəqil Azərbaycan, həmçinin digər dövlətlərlə sosial və iqtisadi xarakterli məsələləri həll edə bilməz. Onun sözlərinə görə, bunların hamısını Çeçenistan hökumətlərarası komissiya çərçivəsində həll etməlidir və onların xeyir-duası ilə müvafiq iş aparmalıdır.

"Neft-qaz sahəsi, boru kəmərləri, neft və qazın nəqli məsələlərində Azərbaycanla qarşılıqlı münasibətlər üçün böyük imkanlar var. Bilirik ki, oğurluq problemi çox ciddi olaraq qalır. Hələ Çernışevski oğurluq və pis yolları Rusiyanın iki əsas problemi kimi qeyd edib. Bizim tranzit neftinin Çeçenistan və Azərbaycanda oğurlanması ilə bağlı ciddi problemimiz mövcuddur. Hələ sovet dövründə şəxsən özüm neft məhsullarının fəal oğurlandığı federal boruya birləşdirilmiş boruların yerlərini aşkar etmişəm. Bu, Azərbaycanda olub. Həmin vaxt mən orada iqtisadiyyat sahəsindəki problemlərlə məşğul idim. Lakin Çeçenistan Respublikasında hər şey oğurlanmış neftə və bəzi yerlərdə hansısa səviyyədə qaza nəzarət edən kooperativ ordular arasında bölüşdürülmüşdür", deyə RF prezidentinin məsləhətçisi bildirib.

Aslanbəy Aslaxanov həmçinin bəyan edib ki, Rusiya Federasiyası NATO-nun Rusiyaya hücumu ilə bağlı narahatdır. "Bizim yaxın iqtisadi, siyasi və strateji tərəfdaşlarımız ABŞ və NATO-ya yaltaqlananda və hətta Alyansa daxil olmağa hazır olanda bu, bizdə anlaşılmazlıq yaradır və bizi müvafiq davranışa vadar edir", - deyə RF prezidentinin məsləhətçisi yekun vurub.

Xəbər lenti

Xəbər lenti