...

Venesiya komissiyasının təmsilçisi: Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər təklif edilib

Siyasət Materials 12 Aprel 2007 21:19 (UTC +04:00)
Venesiya komissiyasının təmsilçisi: Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər təklif edilib

Azərbayacan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan hökuməti, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT və IREX arasında dünən və bu gün Bakıda keçirilmiş görüşlərdə Azərbayacanın Seçki Məcəlləsinə müəyyən dəlyişiklikləin edilməsi barədə razılıq əldə olunub. Bu barədə görüşün yekunllarına əsasən Venesiya Komissiyasının əməkdaşı Sergey Kuznetsov xəbər verib.

Görüşdə Seçki Məcəlləsinə seçkilər zamanı ilk dəfə 2005-ci ildə parlament seçkiləri zamanı Azərbaycan prezidentinin fərmanı ilə tətbiq olunan barmaqaların işarələnməsi barədə maddə daxil edilməsi qərarı qəbul olunub. Həmçinin seçki məntəqələrində işlərin qaydasında aparılmasında qarışıqlığa səbəb olan, Məcəllənin maddələri arasında olan uyğunsuzluqlarla bağlı bəzi məqamar da razılaşdırılıb, deyə Kuznetsov bildirib.

Onun sözlərinə görə, bu görüşdə əsas müzakirə mövzusu seçki prosesi ilə balğlı qərarlardan şikayət verilməsi olub və müəyyən razılıqlar əldə olunub. İştirakçıların məşğulluğu səbəbindən seçki komissiyalarının formalaşdırılması ilə bağlı məsələlər təxirə salınaraq müzakirə olunmayıb.

Venesiya Komissiyasının təmsilçisi xatırladıb ki, Azərbaycandakı hər seçkidən sonra seçki prosesinin iıştirakçıları şikayət ərizələrinin baxılması prosesinin kifayət qədər effektiv olmadığından narazılıq edir. "Bizim təklifimiz ondan ibarətdir ki, bu şikayətlərə baxılması zamanı seçki qaydalarına ədalətli qaydada əməl olunmasına təminat verilsin. Məsələ uzadılmasın, əgər verilmiş qərarlar seçici və ya namizədi qane etmirsə, hansı orqana müraciət edəcəyi ona aydın olmalıdır",-deyə o bəyan edib.

Azərbaycanın hazırkı Seçki Məcəlləsi nəzərdə tutur ki, şikayətlərə yuxarı seçki komissiyaları və məhkəmə baxır. Venesiya Komissiyasının nümayəndələri təklif edirlər ki qanunvericilikdəki bəzi müddəaları daha konkret yazmaq olar ki, insanlarda seçki prosesinin qanuna müvafiq aparılması barədə şübhə yaranmasın. Əgər kimsə hüquqlarının pozulduğunu hesab edərsə, qanuna müvafiq surətdə səlahiyyətli orqanlara müraciət etməklə qısa müddətdə ədalətli cavab ala bilsin.

"Seçki zamanı baş verən problemlərin bir çoxu kifayət qədər tez həll olunmalıdır. Ona görə ki, seçki keçir, əgər namizəd hətta daha sonra qələbə qazansa da, heç kim yenidən onu namizəd edə bilməyəcək", - deyə o qeyd edib.

Seçki komissiyalarının tərkibi məsələsinə toxunan Venesiya Komissiyası təmsilçisi Azərbaycan hökumətinin bu məsələni diqqətdə saxlayacağını və seçki komissiyalarının seçki prosesinin mühüm bir elementi olduğunu nəzərə alacağına ümid etdiyi bildirib. Komissiyalar elə bir formada təşkil olunmalıdır ki, bu prosesdə iştirak edən hər bir kəsin buna inamı olsun, deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti