...

Milli Məclisin sədri: "Azərbaycan Böyük Britaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir"

Siyasət Materials 12 Aprel 2007 21:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Böyük Britaniya ilə əməkdaşlığın inkişafına çox böyük önəm verir. Milli Məclisin sədri Oqtay Əsədov cərşənbə axşamı Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin Lordlar Palatasının üzvü, lord David Havellə görüşündə belə deyib.

Parlamentin spikeri qeyd edib ki, əlaqələrin dərinləşməsində dövlət başçılarının rolu danılmazdır.

"Ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlər daim inkişaf etməkdədir. Bu gün Azərbaycanda Britaniya şirkətləri və iş adamları fəaliyyət göstərirlər. Böyük Britaniyanın BP şirkəti "Əsrin müqaviləsi"nin həyata keçirilməsində yaxından iştirak edir. Biz İngiltərənin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişindəki dəstəyini yüksək qiymətləndiririk", -deyə O.Əsədov vurğulayıb.

Bildirilib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələrin rolu olduqca əhəmiyyətlidir. Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

lord David Havel Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını dedi. O, qeyd edib ki, bu gün həyatın müxtəlif sahələrində dinamik inkişaf edən münasibətlərin gələcəkdə də yüksələn xəttlə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti