...

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Siyasət Materials 13 Aprel 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri dünən axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərindən üç istiqamətdə üzbəüz mövqeləri atəşə tutub. Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindəki mövqelərindən Azərbaycan Milli Ordusunun Çıraqlı kənd sahəsində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutublar. Bundan əlavə Ağdamın işğal altında olan Sarıcalı və Tərtərin Çaylı kəndlərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Çingiz Quliyev cümə günü Trend ə açıqlamasında bildirib ki, atəşkəsin pozulması nəticəsində rayonun inzibati binalarının və 100-dən artıq fərdi yaşayış evinin dam örtüyü yararsız vəziyyətə düşüb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin dünən 18:00-dan başlayaraq 20:25-dək üç istiqamətdə atəşkəsi pozması faktını təsdiqləyib. Müdafiə Nazirliyi atəşin Azərbaycan Milli Ordusu tərəfindən susdurulduğunu və itki olmadığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti