...

Azərbaycan prezidenti şair-dramaturq Hüseyn Cavidin 125 illik yubileyi haqqında sərəncam verib

Siyasət Materials 17 Aprel 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev görkəmli şair Hüseyn Cavidin 125 illik yubileyinin qeyd olunması haqqında çərşənbə axşamı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, bu ilin oktyabrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur. Cavid əsərləri ilə Azərbaycan poeziyasında fəlsəfi lirikanın, mənzum faciələrin və tarixi dramların, romantik ədəbi cərəyanın təkrarsız nümunələrini yaradıb.

Dövlət başçısı sərəncamında Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 125 illik yubileyi ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, tədbirlər planı hazırlayıb həyata keçirməsini tapşırıb.

Xəbər lenti

Xəbər lenti