...

Müdafiə Nazirliyi: "Azərbaycan işğal olunmuş əraziləri üzərində hərbi manevrlər edə bilər"

Siyasət Materials 18 Aprel 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, işğal altında olan ərazilərində Azərbaycan Milli Ordusunun hərbi manevrlər etməsi onun öz işidir. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə nazirliyi bildirir ki, Azərbaycan heç bir dövlətin, o cümlədən Ermənistann ərazisinə göz dikməyib və hava sərhəddini pozmaq niyyətində olmayıb. "Biz Ermənistan kimi başqa dövlətin torpağını işğal etməmişik və hava sərhəddini pozmamışıq. Azərbaycanın işğal olunmuş əraziləri Azərbaycanın hava məkanına aiddir".

Belə bir bəyanat Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Mikael Arutunyanın açıqlamasına cavab olaraq bildirilib. Arutunyan bəyan edib ki, Azərbaycan hərbi hava qüvvələri Ermənistan və ya Dağlıq Qarabağın hava məkanına daxil olmağa cəhd göstərərsə, Ermənistanın hava hücumundan müdafiə qüvvələri buna adekvat reaksiya verəcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti işğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təlimlərinə də mövqeyini açıqlayıb: "Beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın ərazilərini işğal edən Ermənistan Silahlı Qüvvələrinin həmin ərazilərdə hərbi manevrlər etməsi beynəlxalq qurumlar tərəfindən pislənilməlidir. Həmin ərazilər nəzarətsiz qaldığından, orada baş verən hüquq pozuntuları intensiv hal alıb".

Xəbər lenti

Xəbər lenti