...

Dağıstan hökumətinin nümayəndə heyəti Bakıda Dağıstan prezidentinin Azərbaycana səfərini müzakirə edəcək

Siyasət Materials 19 Aprel 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva/ Dağıstan hökumətinin nümayəndə heyəti aprelin 23-də Bakıya gələcək. Məqsəd Azərbaycan tərəfi ilə Dağıstan prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin hazırlığı ilə bağlı məsələləri müzakirə etməkdir. Dağıstanın Azərbaycandakı nümayəndəliyindən bu gün verilən məlumata görə, Dağıstan hökumətinin nümayəndə heyətinə baş nazirin müavini rəhbərlik edəcək. Dağıstan prezidentinin Azərbaycana səfəri aprelin sonlarına planlaşdırılır.

Dağıstan hökumət üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfəri zamanı Dağıstan prezidentinin ölkəmizə səfərinin proqramını və danışıqların gündəliyini hazırlayacaq. Güman olunur ki, səfər zamanı tərəflər Dağıstanla Azərbaycan arasında iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivini müzakirə edəcəklər. Dağıstan prezidentinin səfərinin yekunlarına əsasən Azərbaycanla Dağıstan arasında müqavilənin imzalanacağı gözlənilir. Bu müqavilədə iqtisadiyyat, mədəniyyət, təhsil və informasiya mübadiləsinə dair bütün məsələlər əks olunacaq.

Xəbər lenti

Xəbər lenti