...

Parlamentin komissiya sədri: "Mərasimlər haqqında" qanunun qəbul olunması vacibdir"

Siyasət Materials 20 Aprel 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Mərasimlər haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Komissiya sədri qeyd edib ki, Azərbaycanda toy və yas mərasimlərində olan problemlər ciddi xarakter alıb və bu prosesin qanunla tənzimlənməsinə ehtiyac var.

"Altı ilidir ki, bu qanunun qəbul olunması ilə bağlı layihə var. Amma bəzi məsələlərə görə mərasimlərlə bağlı qanunu qəbul edə bilmirik. Çünki bu məsələni qanun çərçivəsinə salmaq çətindir" - deyə komissiya sədri vurğulayıb.

Rəcəblinin sözlərinə görə, bu sahədə normaların olması vacibdir. Komissiya sədri deyib ki, bu sahədə müəyyən normalar var. Lakin bunlar işləmir: "Ona görə də bu normalar bir qanunda birləşdirilməli və müvafiq orqanlardan onlara əməl edilməsi tələb olunmalıdır. Bizim toylarda musiqinin səs səviyyəsi normadan 100 dəfə çoxdur və bu, insanları kontuziya səviyyəsinə gətirib çıxara bilər."

Xəbər lenti

Xəbər lenti