...

Azərbaycan Liberal Partiyasının sədrliyinə bir neçə namizəd olacaq

Siyasət Materials 20 Aprel 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Liberal Partiyasının (ALP) qurultayında sədr əvəzi Əvəz Temirxan sədrliyə namizədlərdən biri olacaq. Bu barədə Əvəz Temirxan məlumat verib.

Onun sözlərinə görə, qurultay iyunda keçiriləcək. Qurultayda Liberal Partiyanın Nizamnaməsi dəyişdiriləcək, rəhbər strukturlarına seçilər olacaq, həmçinin partiyanın idarəetmə strukturunda dəyişiklik ediləcək.

Qurultayda Əvəz Temirxan Liberal Partiyanın sədrliyinə namizədliyini verəcək. Onun sözlərinə görə, alternativ namizədlər də olacaq.

ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Liberal Partiya hazırda müxalifətçi "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti