...

Ukraynalı ekspertin fikrincə, ölkədəki böhranı, yaranmasına səbəb olan siyasi qüvvələr həll etməlidir

Siyasət Materials 21 Aprel 2007 15:25 (UTC +04:00)
Ukraynalı ekspertin fikrincə, ölkədəki böhranı, yaranmasına səbəb olan siyasi qüvvələr həll etməlidir

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Ukraynada siyasi münaqişənin həlli Ukraynanın özündə böhranın başlanmasına səbəb olan siyasi qüvvələr tərəfindən tapılmalıdır - Ukrayna vəziyyətinin modelləşdirilməsi agentliyinin direktoru Vitali Bala belə hesab edir.

Trend ə telefon vasitəsilə Ukraynadakı siyasi böhran ətrafında hadisələrin inkişafını şərh edərkən Bala siyasi opponentlər arasında əldə olunmuş razılıqların yerinə yetirilməsi qarantı kimi xarici qüvvələrin iştirakı imkanını ölkə daxilində güzəştə nail olunduqdan sonra mümkün olmasını istisna etmir.

"Ölkəyə ziyan gətirməyəcək və ölkəni bir-birinə qarşı mübarizə aparan iki düşərgəyə bölməyəcək çıxış yolu Konstitusiya Məhkəməsinin qərarına qədər siyasi kompromissdə mümkündür. Bu, ilk növbədədir. İkinci növbədə isə müəyyən ediləcək müddətdə vaxtından əvvəl seçkilərin keçirilməçsi bu cür seçkilərə legitimlik verən və cəmiyyətdə gərginliyi aradan qaldıracaq qanunlar paketinin qəbulundan sonra müəyyən olunacaq. Həmçinin Ukrayna Konstitusiyasının təkmilləşdirilməsi də bura daxildir" - deyə ekspert hesab edir.

Vaxtından əvvəl seçkilərin keçirilməsinə toxunan politoloqun fikrincə, vaxt faktorunu (dairə komissiyalarının formalaşdırıması müddəti), MSK-nın maliyyələşdirməməsi və Cənub-Şərqi Ukraynanın ayrı-ayrı regionlarında sabotajı nəzərə alaraq bu seçkilərin mayın 27-də keçirilməsi sözsüz ki, qeyri-mümkündür. "Bu gün prezident parlamentin buraxılması barədə Sərancamının fəaliyyətini bir sıra qanunların və həmçinin seçkilərin keçirilməsini reqlamentləşdirən qanunun qəbuluna imkan vermək üçün dayandırmağa hazırdır. Əks halda, seçkilər yalnız Ukraynada deyil, beynəlxalq cəmiyyət tərəfindən də legitim qəbul edilməyə bilər" - deyə Bala vurğulayıb.

Onun fikrincə, bu gün Ukraynada müşahidə olunan vəziyyət "soyuq müharibə" dövrünün başa çatmasından sonra yaranan "Eyni zamanda həm sülh, həm müharibə" vəziyyətini xatırladır. "Siyasi münaqişənin hər iki tərəfi güc toplayıb və bəyanatlar, qərarlar, xalqı maydana çıxmaq çağırışları ilə toplamaqda davam edir. Bu yalnız bir məqsədlə edilir: özünün üstünlüyünü göstərmək və beləliklə də yaranmış problemi həll etmək. Bu cür mövqe münaqişə tərəflərini razı salacaq müvafiq nəticəyə gətirməyib və gətirməyəcək" - deyə ekspert vurğulayıb.

Bala əmindir ki, Konstitusiya Məhkəməsində prezidentin parlamentin buraxılması ilə bağlı sərancamının nəzərdən keçirilməsi və vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin istənilən qərarı ilə münaqişə həll olunmayacaq, əksinə münaqişəni şiddətləndirəcək. "Ümumilikdə məhkəmə, o cümlədən ayrı-ayrı məhkəmələrin diskreditasiyası (söhbət bu məsələ ilə bağlı məruzəçi hakim Syuzan Stannikin korrupsiyada şübhələndirilməsindən gedir) ümumilikdə Ukrayna cəmiyyəti üçün qəbul olnmuş qərara legitimlik verməyəcək. Müxalifət artıq bu gün bəyan edir ki, "bu cür" Konstitusiya Məhkəməsinin qərarını tanımır" - deyə Ukrayna vəziyyətinin modelleşdirilməsi agentliyinin direktoru yekun vurub.

Xəbər lenti

Xəbər lenti