...

Azərbaycanda cari ilin birinci rübündə 4114 cinayət qeydə alınıb

Siyasət Materials 23 Aprel 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Cari ilin yanvar-mart aylarında Azərbaycanda 4114 cinayət hadisəsi baş verib. Cinayətlərin 3991-i daxili işlər orqanları tərəfindən qeydə alınıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 1556- sı böyük ictimai təhlükə törətməyən, 2057-si az ağır, 378-i ağır və xüsusilə ağır cinayətlər olub. Onlardan 1312-si şəxsiyyət əleyhinə,  1525-i ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 985-i iqtisadi sahədə törədilən, 169 isə dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır, hər 5 cinayət hadisəsindən 1-i narkotik vasitələrlə, hər 8 cinayətdən 1-i oğurluq,  hər 13 cinayətdən 1-i isə yol-nəqliyyat hadisəsisi ilə bağlıdır.Qeydiyyata alınmış cinayətlərin 90.4 faizi, o cümlədən narkotik vasitələrlə bağlı cinayətlərin 95.4 faizinin, mənimsəmə və israf etmə, hədə-qorxu ilə tələb etmə, qaçaqmalçılıq, fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətlərinin hamısının açılması təmin edilib.

Xəbər lenti

Xəbər lenti