...

Yeni Azərbaycan Partiyasının üzvləri etiraz aksiya keçiriblər

Siyasət Materials 24 Aprel 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvü Quba şəhər stadionu yaxınlığında müəyyən olunmuş məzarlığın yaxınlığında ermənilərin azərbaycanlılara qarşı soyqırımına qarşı etiraz aksiyası keçiriblər. AMEA-nın elmi işçisi Qəhrəman Ağayev iştirakçılara burada müəyyən olunmuş insan qalıqlarının məhz 1918-ci il azərbaycanlıların soyqırımına aid olduğunu bildirib.

Onun sözlərinə görə, AMEA-nın aşkar olunmuş ərazidə apardığı araşdırmaların ilkin nəticəsi deyilənləri sübut edir. YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, aksiya əldə olunan faktlara əsaslanır. Əhmədovun aksiyanın məhz bu gün keçirilməsinin ermənilərin qondarma "soyqırım" gününə təsadüf etdiyini qeyd edib.

Aksiyada iştirak edən millət vəkili Vahid Əhmədov Milli Məclis tərəfindən AMEA-nın aşkarlanan məzarlıqla bağlı əldə olunan rəyinə əsasən konkret tədbirlərin görüləcəyini bildirib. Millət vəkili bildirib ki, azərbaycanlıların soyqırımının dünyaya çatdırılması üçün burada abidənin tikilməsi, turistlərin cəlb olunması vacibdir. Digər millət vəkili, Qubada yaşıyan azsaylı xalqların nümayəndəsi Yevda Abramov əldə olunan sübutları ABŞ senatı, BMT Baş Assambleyası və digər ali qurumlara təqdim edəcəklərini deyib. Mərasimdə iştirak edən Türkiyə səfirliyinin nümayəndəri gördüklərindən dəhşətə gəldiklərini və burada türklərin ermənilər tərəfində qırılma faktının rəsmi Ankaraya çatdırılacağını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti