...

Polşanın daxili işlər naziri mayın sonunda Azərbaycana gələcək

Siyasət Materials 24 Aprel 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Polşanın daxili işlər naziri Yanuş Kaçmarek mayın sonunda Azərbaycana səfər edəcək. Bu məsələ çərşənbə axşamı Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskinin Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşündə müzakirə olunub. Bu barədə çərşənbə axşamı Bakıda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Usubov qeyd edib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın böyük perspektivləri var: "Polşanın daxili işlər naziri Yanuş Kaçmarekin mayın sonunda Azərbaycana nəzərdə tutulan səfəri əlaqələrin inkişafına tövhə verəcək".

Nazir Azərbaycanda cinayətkarlıqla mübarizə sahəsində görülən işlər, qanunun aliliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər haqqında səfirə məlumat verib. Qeyd edib ki, bir çox hallarda transmilli mütəşəkkil sinayətkarlığın ayrı-ayrı növləri Azərbaycanın da hüdudlarından yan keçmir.

Xəbər lenti

Xəbər lenti