...

İranın Bakıdakı səfirliyi qarşısıda etiraz aksiyası keçiriləcək

Siyasət Materials 25 Aprel 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) cümə günü İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə partiyanın sədri Ayaz Rüstəmov məlumat verib.

AMİP İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, Güney Azərbaycan Milli hərəkatı fəallarının repressiyalara məruz qalmasına etiraz edir.

Aprelin 27-də keçiriləcək piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Partiya sədrinin sözlərinə görə, aksiyaya razılıq verilməsə belə, AMİP fəalları piketi keçirməkdə israrlıdır.

Partiyanın İran səfirliyi qarşısında növbəti etiraz aksiyaları mayda olacaq.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olmuş Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti