...

Mstislav Rostropoviçin dəfnindən sonra Azərbaycan prezidenti Rusiyanın birinci prezidentinin məzarına əklil qoyub

Siyasət Materials 30 Aprel 2007 11:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev xanımı ilə birlikdə Mstislav Rostropoviçin dəfn mərasimindən sonra Rusiyanın birinci prezidentinin məzarına əklil qoyub. Prezident və xanımı Yeltsinin məzarına onun həyat yoldaşı Naina Yeltsina və Rostropoviçin həyata yoldaşı Qalina Vişnevskaya ilə birlikdə yaxınlaşıblar.

"İTAR-TASS"ın verdiyi xəbərə görə, Cənubi Koreyada rəsmi səfərdə olan Azərbaycan lideri Boris Yeltsinin dəfn mərasimində iştirak edə bilməyib. Moskvaya gələn prezident Rostropoviçin Xilaskar İsa Məbədində keçirilən matəm mərasimində iştirak edib. Qeyd edək ki, Rostropoviç Bakıda dünyaya gəlib və uşaqlıq illərini burada keçirib. Azərbaycanda onunla Azərbaycan mədəniyyəti və ölkənin Rusiya ilə mədəni əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görmüş şəxs kimi fərəhlənirlər.

Rusiyanın birinci prezidenti Yeltsin aprelin 23-də 76 yaşında Moskvada dünyasını dəyişib. 4 gün əvvəl Mstislav Rostropoviç də Rusiya paytaxtında dünyasını dəyişib. Bir ay əvvəl Rostropoviç Kremldə öz 80 illiyini qeyd edib.

1991-ci ilin avqustunda müasir Rusiyanın fotosimvollarına çevrilən Rostropoviçlə Yeltsin dünyasını dəyişdikdən sonra da bir olacaqlar. "Kalaşnikov" avtomatını çiyninə asan Rostropoviçin və tank üzərində dayanan Yeltsinin şəkilləri yəqin ki, yeni, demokratik Rusiyanın yaranmasının ən inandırıcı təsdiqinə çevrilib.

Həyatının 20 ilini mühacirətdə keçirən Rostropoviç Qorbaçov dövründə qadağa aradan qaldırılandan sonra ölkənin ictimai-mədəni həyatına qoşulub. 1991-ci ilin 19 avqustunda QKÇP-nin hakimiyyəti qəsb etmək cəhdindən dərhal sonra tanınmış müsiqiçi Parisdə bütün işlərini yarımçıq qoyaraq Moskvaya gəlib. O, 24 saatdan çox mühasirəyə alınmış "Ağ ev"də olub. Burada Rostropoviç binanı mühafizə edənlər üçün konsertlər keçirir və yenicə təsis olunan "Exo Moskvı" radiosu üçün reportajlar hazırlayırdi, fasilələrdə isə avtomatla keşik çəkirdi. Hakimiyyət qəsbkarlarının fiaskosunu o vaxt xaricdə "Rostropoviç sifəti ilə inqilab" adlandırırdılar.

Xəbər lenti

Xəbər lenti