...

Bakıda 4 ayda 144 mindən artıq yol hərəkət qaydalarının pozulma halları qeydə alınıb

Siyasət Materials 30 Aprel 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Cari ilin 4 ayında Bakıda 481 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bazar ertəsi Trend ə bildirib ki, aprelin 28-dək qeydə alınan qəzalar zamanı 109 nəfər ölüb, 567 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hesabat dövründə 144 min 405 sürücü yol hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. Qeydə alınan pozuntuların 2218-i avtomobilin sərxoş idarə edilməsi, 2905-i qəza şəraiti yaratma, 377-si polisə tabe olmamaq, 5262-si işıqforun qırmızı işığını keçmə, 20 mindən çoxu təhlükəsizlik kəmərindən istifadə olunmaması, 4453-ü sürət həddini aşma, 23-u avtomobilin dövlət nömrə nişansız idarə olunması, 1021-i sərnişin daşıma qaydalarının pozulması ilə bağlıdır.

Ötən həftə keçirimiş reydlər zamanı 100-dən artıq avtomobil müvəqqəti mühafizə olunan dayanacağa qoyulub, 50-dən artıq avtoxuliqan saxlanılaraq cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti