...

Gürcüstan baş prokurorunun müavini: "Elmar Hüseynovun qətli ilə bağlı konkret nəticələr var" (video)

Siyasət Materials 1 May 2007 12:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend K.Zərbalıyeva/Gürcüstan baş prokurorunun müavini Kaxa Kaberidze çərşənbə günü Bakıda bəyan edib ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı konkret nəticələr var.

Kaberidze istintaqın konkret nəticələrini səsləndirməyib. O qeyd edib ki, Gürcüstan tərəfi Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə birgə bu işi araşdırmaqda və ayrı-ayrı istintaq göstərişlərini yerinə yetirməkdə davam edir.

"Azərbaycandan müstəntiqlər gəlir və obyektiv hüquqi həllin tapılması üçün heç bir maneə yoxdur" - deyə Kaberidze bildirib.

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib. Baş redaktorun qətlə yetirilməsi ilə bağlı İnterpol vasitəlsilə Gürcüstanın iki vətəndaşı - Teymuraz Əliyev və Tair Xubanovun axtarışı elan olunub.

Xəbər lenti

Xəbər lenti