...

ABŞ Dövlət Departamentinin yeni hesabatında Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsindəki vəziyyət əks olunub

Siyasət Materials 1 May 2007 13:15 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin yeni hesabatında Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsindəki vəziyyət əks olunub

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ABŞ Dövlət Departamenti terrorizm üzrə illik hesabatını dərc edib. Hesabat həmçinin Azərbaycanda bu sahə ilə bağlı vəziyyəti də əhatə edib. Hesabat aprelin 30-da ABŞ Dövlət Departamentinin saytında dərc olunub və hesabatda terrorizmə qarşı mübarizədə Azərbaycan və ABŞ-ın əməkdaşlıq faktları sadalanır. Bu əməkdaşlıq avia-uçuş, informasiya mübadiləsi, hüquq-mühafizə orqanlarının əlaqələrində yoxlamanı nəzərdə tutur.

Hesabatda deyilir ki, Azərbaycan 2003-cü ilin avqustundan ABŞ-ın İraqdakı sülhməramlı əməliyyatlarını dəstəkləyir və 150 Azərbaycan hərbçisi sülhməramlı əməliyyatlarda iştirak edir. Bundan başqa, 2002-ci ilin noyabrından Əfqanıstanda türk sülhməramlıları ilə birgə işləyən əsgərlərin sayı iki dəfə artırılacaq. Hesabtda deyilir ki, Azərbaycan maliyyə terrorizminin qarşısının alınması və terroristlərlə bağlı olan fondların aşkarlanması üzrə tədbirlər həyata keçirib.

Hesabatda qeyd olunub ki, apreldə Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi özünü "Əl-Muvaxidun camaatı" qrupu adlandıran altı nəfəri 10 ildən 15 ilədək azadlıqdan məhrum edib. Onlar Əfqanıstan, Pakistan, İran və Türkiyəyə hərbi treninqlərə getməyi planlaşdırırdı. Qrup ABŞ, İsrail, Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Dövlət Neft Şirkəti və Milli Bankına hücumlar planlaşdırmaqda ittiham olunurdu.

Həmçinin "Əl-Qaidə-Qafqaz" adlanan və 16 üzvdən ibarət qrup apreldə ömürlük həbsə məhkum olunub. Qrup üzvlərinin əksəriyyəti müxtəlif radikal dini təşkilatların fəalları olub, Gürcüstanın Pankis dərəsində treninqlər keçib.

Hesabatda həmçinin məlumat verilib ki, Azərbaycan 2002-ci ildə Dağıstanda törədilmiş partlayışlarda şübhəli bilinən terrorçunu Rusiyaya ekstradisiya edib. Şübhəli bilinən həmin şəxs apreldə Azərbaycanda həbs edilib və Azərbaycan məhkəməsi tərəfindən yeddi il həbs cəzasına məhkum olunub, daha sonra Rusiyaya ekstradisiya olunub.

Xəbər lenti

Xəbər lenti