...

Azərbaycan İslam Partiyası beynəlxalq məhkəmələrə müraciət edəcək

Siyasət Materials 1 May 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyası dövlət qeydiyyatına alınmaması probleminin həllinə beynəlxalq məhkəmələr vasitəsilə nail olmağa çalışacaq. Bu barədə partiyanın sədri Hacıağa Nuri çərşənbə axşamı açıqlama verib.

Onun sözlərinə görə, 1995-ci ildən bəri Ədliyyə Nazirliyi İslam Partiyasını dövlət qeydiyyatından keçirmir.

Nuri qeyd edib ki, İslam Partiyasının yayda keçiriləcək altıncı qurultayından sonra sənədlər yenidən Ədliyyə Nazirliyinə təqdim olunacaq. Bu dəfə də qeydiyyatla bağlı cavab verilməsə, partiya beynəlxalq məhkəmələrə üz tutacaq: "Azərbaycan vətəndaşı kimi biz istəməzdik ki, daxili problemlərimizi xaricdə həll edək, ölkənin imicinə ziyan gəlsin. Lakin buna məcburuq" - deyə partiya sədri bildirib.

Müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya 1995-ci il parlament seçkilərində iştirak etdiyi üçün təkrar qeydiyyata alınmayıb.

Xəbər lenti

Xəbər lenti