...

Azərbaycanın paytaxtında yeddi mindən artıq sürücü məsuliyyətə cəlb edilib

Siyasət Materials 7 May 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Son bir həftə ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində 34 yol qəzası baş verib, nəticədə beş nəfər ölüb, 50 nəfər xəsarət alıb. Bu barədə bazar ertəsi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə 7264 sürücü inzibati məsuliyyətə cəlb olunub. Bunlardan 164-ü avtomobili sərxoş idarə etdiyinə, 127-si qəza yaratdığına, 218-i qırmızı işıqda keçməsinə, 603-ü təhlükəsizlik kəmərindən istifadə etməməsinə, 180-i sürət həddini aşmaya, 23 sürücü isə tabe olmamağa və digər qanun pozuntularına görə cərimələnib.

Xəbər lenti

Xəbər lenti