Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Mayın 10-da Azərbaycan və Türkiyə Konstitusiya məhkəmələrinin sədrləri Bakıda qarşılıqlı anlaşma Memorandumu imzalayacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə Konstitusiya məhkəmələri arasında işgüzar əlaqələr bir neçə il bundan öncə qurulub. Abdullayevin sözlərinə görə, imzalanması planlaşdırılan Memorandum Azərbaycan və Türkiyə Konstitusiya məhkəmələri arasında əlaqələrin möhkəmləndirilməsinə imkan yaradacaq.